
22:31
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.
İcra başçısı bildirib ki,özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
Xəsətələrin aparıldığı Qaradağ Mərkəzi Rayon Xəstəxanası və 1 saylı Şəhər Klinik Xəstəxanasından hadisə nəticəsində ölən olmadığı bildirilib.
22:10
Yerli sakinlərin musavat.com-a bildirdiklərinə görə, xeyli sayda təcili yardım maşınları qəsəbəyə gəlib. Həkimlər qazdan zəhərlənənləri müayinə edir, ilkin tibbi yardım göstərirlər.
* * * *
Lökbatanda kütləvi qaz zəhərlənməsinin olması barədə məlumatlar təsdiqləndi.
Musavat.com-un əməkdaşının rəsmi mənbələrdən aldığı məlumata görə, Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib.
Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir. Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon xəstəxanasına daşındığı bildirilir.
Hadisə ilə bağlı fotolar və əlavə məlumatlar tezliklə saytımızda olacaq.
* * * * *
21:00
Bir neçə dəqiqə öncə "Facebook" sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.
"Facebook" sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifəsində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMIYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri"
Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO