Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2014
20:32
Nazir təzə rektoru İqtisad Universitetində təqdim etdi

Martın 5-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsinə təyin olunan Ədalət Muradov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Modern.az saytının xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Ədalət Muradovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan Dövlət İqtisad Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri olduğunu qeyd edib,  bu universitetin ölkənin iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsində vacib rolunu vurğulayıb.

Sonra universitetin yeni rektoru təyin olunan Ədalət Muradov ona göstərilən etimada görə ölkə prezidentinə təşəkkürünü bildirib, bu ali təhsil müəssisəsini yaxşı tanıdığını və ənənələri olan təhsil ocağı olduğunu nəzərə çatdırıb. O, çıxışında ali təhsilin əsas məqsədinin ölkədə insan kapitalının inkişafı, təhsilalanın müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, yeni təyin olunan rektor Ədalət Muradov 1962-ci ildə anadan olub. 1990-cı ildə Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.1993-cü ildəniqtisad elmləri namizədi, 1998-ci ildən iqtisad elmləri doktorudur. 60-dan artıq elmi və tədris-metodiki əsərin müəllifidir.

1995-1999-cu illərdə Kiyev Dövlət Universitetinin dosenti olub.Sonradan isə Dövlət İdarəçilik Akademiyasında dosent vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunanadək İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
438

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru