Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2014
15:35
699
QAT Ukrayna hadisələrinin Qarabağ məsələsinə təsiri ilə bağlı mövqe bildirib

QAT Mətbuat Xidmətind'ən FaktXəbər-ə verilən məlumata görə, Qarabağ Azadlıq təşkilatının İdarə Heyətinin iclasında bir sıra məsələlər, həmçinin Ukrayna hadisələri, bu hadisələrin Qarabağ münaqişəsinin nizama salınması prosesinə təsiri, ATƏT Minsk qrupunun 22 illiyi və sair məsələləri müzakirə edib. Qəbul edilmiş qərarlarda Ukrayna hadisələrini təhlükəli meyilləri, üzə çıxartdığı bir sıra məsələlər qeyd olunub. Xüsusi olaraq vurğulanıb ki, Ukrayna hadisələri Rusiyanın irticaçı, təcavüzkar, işğalçı xüsusiyyətlərini, imperiya ambisiyalarını bir daha nümayiş etdirdi. Ona görə də belə bir dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyindən yaxşı nə isə gözləmək mümkün deyil. Digər tərrəfdən, ABŞ, Fransa və digər  Qərb dövlətləri, BMT, ATƏT, Avropa Şurası, Avropa Birlilyi kimi beynəlxalq təşkilatlar növbəti dəfə öz ikiüzlülüklərini, riyakarlıqlarını və ikili standartlar siyasətini nümayiş etdirdilər. Onlar dərhal Ukrayna ilə bağlı kəskin, sərt mövqe göstərdilər, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tam müdafiə etdiklərini bəyan etdilər, ona qarşı hərəkətləri açıq işğal aktı kimi qəbul etdilər, hətta Rusiyanın işğalçı addımlarının qarşısının alınması, Ukraynanın müdafiə olunması üçün konkret tədbirlərə başladılar. Biz bu mövqeni işğala məruz qalan Azərbaycana münasibətdə də görmək istərdik. Təəsüf ki, 20 ildən artıq müddət ərzində bu dövlətlərin və beynəlxalq təşkilatların adekvat addımlarını görməmişik. Ona görə də Azərbaycan onların vasitəçilik missiyasından birdəfəlik imtina etməlidir.

İclasda həmçinin Minsk qrupunun fəaliyyəti ilə bağlı qərar qəbul olunub. Sənəddə göstərilir ki,  bu günlərdə Minsk qrupunun fəaliyyətə başlamasının 22 ili tamam olur, bu vaxt ərzində qurum Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə deyil, status-kvonun saxlanılması ilə məşğul olmuş, ermənipərəst mövqe nümayiş etdirmişdir. Ona görə də bu qrupun fəaliyyətinin bundan sonra davam etdirilməsinə heç bir ehtiyac yoxdur. QAT Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün bir sıra tədbirlər, o cümlədən dəyirmi masanın təşkil edilməsi, etiraz aksiyasının verilməsi ilə bağlı qərar qəbul edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
2

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru