Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2014
14:26
568
Qarabağ problemi heç yadlarına belə düşmür
Elxan Mehdiyev: “Hadisələrin axarı onu göstərir ki, hakimiyyətin Qarabağı işğaldan azad etməkdə heç marağı belə yoxdur”

“Qarabağ münaqişəsinin həlli qonşu ölkələrinin vasitəçiliyi ilə həll edilə bilərdi, lakin bunun da vaxtı artıq çoxdan keçib. Bunun üçün 1991-92-ci illərdə işlər görülməli idi ki, onu da etmədilər. Mövcud vəziyyətdə isə Azərbaycan hakimiyyətinin belə bir varianta əl atmağa nə gücü var, nə də ki, şəraiti.” 

Bu sözləri FaktXeber.com-a konfliktoloq Elxan Mehdiyev 20 ildir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə dalana dirənən Qarabağ münaqişəsinin qonşu ölkələrinin iştirakı ilə həll olunmasının mümkünlüyündən danışarkən qeyd edib. Müsahibin sözlərinə görə, Qarabağ problemi ATƏT-in Minsk Qrupunun heç yadına da düşmür: “90-cı illərin əvvəllərində Azərbaycan Ermənistan qarşıdurmasını Rusiya, Türkiyə, və İran çərçivəsində həllinə çalışsaydılar vəziyyət bu yerə gəlib çıxmaz və digər ərazilərimizdə işğal edilməzdi.”

ATƏT-in Qərbdən olan iki həmsədr ölkəsinin Fransa və ABŞ-ın, Qarabağ probleminin bu qədər dalan dirənməsində nə kimi günahları olmasından da danışan ekspert bunları söylədi: “Burada əsas günah Azərbaycan hakimiyyətindədir. Amerika və Fransa burada mənəvi məsuliyyət daşıyırlar. Sözügedən ölkələrin günahını günahlar siyahısına daxil etsək və 1-50-yə qədər şkala yaratsaq, Fransa və Amerikanın adı 30-cu siyahıda olar. Çünki onlar Gürcüstan və Ukraynanın ərazi bütövlüyü ilə bağlı qoyduqları mövqeyi, Azərbaycanın Qarabağ məsələsində qoymadılar. Düzdür ki, onlar qapalı divar arxasında Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair mövqe qoyurlar, lakin çölə çıxanda isə tamam başqa şey danışırlar. Sanki onlar Rusiyadan yox, məhz ermənilərdən qorxurlar. Lakin hadisələrin axarı onu göstərir ki, hakimiyyətin Qarabağı işğaldan azad etməkdə heç marağı belə yoxdur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru