Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2014
14:04
`Samsung Chromebook 2` noutbuklarının rəsmi təqdimatı olub

“Samsung Electronics” şirkətinin ABŞ ofisi “Chromebook 2 Series” istehsal xətti çərçivəsində noutbukların rəsmi təqdimatını keçirib. Bura səkkiznüvəli prosessor və “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki model daxildir.

“Chromebook 2” kiçik modeli 1366 х 768 piksel təsvir ölçülü 11,6 düym diaqonallı displey, 1,9 QHs takt tezlikli “Samsung Exynos 5 Octa” çipi ilə təchiz edilib. Nisbətən böyükölçülü noutbuk modeli 1920 х 1080 piksel təsvir ölçülü 13,3 düym diaqonallı ekrana və 2,1 QHs takt tezlikli prosessora malikdir. Qurğuların avtonom rejimdə iş vaxtı müvafiq olaraq 8 və 8,5 saata bərabərdir.

“Samsung Chromebook 2" konfiqurasiyasına 4 Qbayt operativ yaddaş və 16 Qbayt daxili yaddaş, “HDMI” və “USB 2.0/3.0” çıxışları, "microSD” fləş-kartı üçün slot, hər birinin gücü 2 Vt təşkil edən iki dinamika və “HD” formatlı videonun yazılması imkanı ilə veb-kamera daxildir. 11,6 düymlü versiyanın çəkisi 1,1 kq, ölçüsü 290 х 205 х 16,8 mm təşkil edir. Böyük modelin 323 х 224 х 16,5 kütlə ilə çəkisi 1,4 kq-a bərabərdir.  

Noutbukların satışlarına apreldə başlanacaq. 11,6 düym ekrana malik modelin qiyməti 320 dollar olacaq ki, bu da 13,3 düymlü modellə müqayisədə 80 dollar azdır, - "3DNews www.3dnews.ru” yazır./ictnews

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru