Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2014
11:19
Sosial yardımla bağlı daha bir korrupsiya faktı

Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumaa görə, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
200

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
401
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru