Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2014
12:14
1874
Əbülfəs Qarayev Azərbaycanın Fransada mədəniyyət ilinin keçirilməsini təklif edib

FaktXəbəbr-in verdiyi məlumata görə, Fransada səfərdə olan nazir Əbülfəs Qarayev fevralın 27-də Fransanın mədəniyyət və kommunikasiyalar naziri xanım Aureli Filippetti ilə görüş keçirib. Görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.

Əbülfəs Qarayev 2007-ci ildə imzalanmış ikitərəfli sənədlərin, xüsusilə kitabxana və muzey işi sahəsində sazişlərin uğurla həyata keçirildiyini vurğulayıb və bununla əlaqədar Fransa tərəfinə minnətdarlığını bildirib.

Nazir Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində, o cümlədən, Fransanın böyük təcrübəsi olan mədəni irsin qorunması, kinematoqrafiya və ədəbiyyat sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini, Azərbaycanın Fransada və Fransanın Azərbaycanda mədəniyyət ilinin yaxud mövsümümünün keçirilməsini təklif edib.

Bakıda keçirilən beynəlxalq teatr konfranslarını qeyd edən Əbülfəs Qarayev iki ölkə arasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsini təklif edib.

Nazir 2015-ci ildə bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Fransanın iştirakının vacib olduğunu bildirib və bununla əlaqədar xanım Filippettini forumda iştirak üçün Bakıya dəvət edib.

Əbülfəs Qarayev Fransanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədri olmasını nəzərə alaraq, Azərbaycanla Fransa arasında bu cür qarşılıqlı mübadilələrin inkişaf etdirilməsinin ölkəmiz üçün önəmli olduğunu bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
354

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
441

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
493

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
967

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
581

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
561
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru