Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2014
10:23
Rəşad Sadıqov davadan danışdı: Məqsədim onları ayırmaq idi

Topaz Premyer Liqasının XXIV turunda “Neftçi” üzərində 4:1 hesablı qələbə qazanan “Qarabağ” zirvədəki mövqeyini bir qədər də möhkəmlətdi. İndi Ağdam təmsilçisi ən yaxın izləyicisini 6 xal qabaqlayır. Qarşısına çempion olmaq məqsədi qoyan Qurban Qurbanovun yetirmələri həm də cari mövsümdə “Neftçi”ni səfərdə məğlub edən ilk komanda oldu. Futbolçulara media ilə ünsiyyəti qadağan edən baş məşqçi Qurban Qurbanov yalnız kapitan üçün “yaşıl işıq” yandırıb. Gərgin və qalmaqalla müşahidə olunan matçdan sonra Rəşad Sadıqovla söhbətləşdik. Kapitan apasport.az saytına müsahibəsində “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə yaşanan gərginliyə də aydınlıq gətirib.

- Qarşılaşmanın neqativ halla yadda qalmasını istəməzdik. Bu səbəbdən matça hansısa kölgə salacaq hərəkətə yol verilməməyinə çalışdıq. Ancaq alınmadı. Araz Abdullayevə qırmızı vərəqə göstərildikdən sonra “Neftçi”nin futbolçuları əsəbiləşdilər. Sanki bir qədər ruhdan düşdülər. Fikrimcə, görüş həmin anda bitdi.

- Qarşılaşmadan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov arasında gərginlik yaşandı. Siz ora yaxınlaşdıqdan sonra bu gərginlik bir qədər də artdı. Orada nə baş vermişdi?

- Mən ora yaxınlaşıb, nə baş verdiyini öyrənmək istədim. Məqsədim onları ayırmaq idi. Səs-küydən nə deyildiyini eşidə bilmirdim. Mənim gəlişimdən sonra gərginlik yaranmadı. Ayrıldıq, qurtardı.

- Artıq “Neftçi” ilə aranızda 10 xallıq fərq yaranıb. Düzdür, “Qəbələ” və “Bakı” ilə fərq bir qədər azdır. “Ağ-qaralar”ın çempionluq yarışından qopduğunu düşünmək olarmı?

- “Neftçi” kimi komanda heç vaxt təslim olmur. Onlara qarşı dəfələrlə oynamışıq. Bu gün də gördünüz ki, sona qədər mübarizə apardılar. Özləri açıq futbol oynayırlar və rəqibə də oynamağa imkan verirlər. Bəzi komandalar var ki, oyunu müdafiədən qururlar. Ancaq “Neftçi” belə deyil. Bəlkə də kənardan elə görünə bilərdi ki, guya biz meydana heç-heçə üçün çıxmışıq. Ancaq elə deyildi. Heç-heçə bizə sərf etmirdi. Yenə deyirəm, oyunun çirkinləşdirilməsini istəmirdik. Çalışırdıq ki, maraqlı qarşılaşma alınsın.

- Yığmanın Dubay toplanışı  ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq. Bu fasilə hazırda yüksəlişdə olan komandanıza nə dərəcədə düşərli olacaq?

- Düşərli olub-olmayacağını deyə bilmərik. Çünki komanda yoldaşlarımın əksəriyyəti milliyə yollanacaq. Bildiyiniz kimi, bu gün sarı vərəqə alan Riçard Almeyda da cəzalı duruma düşdü. Bəzi futbolçularımız isə zədəlidir. “Bakı” ilə qarşılaşmaya itkilərlə çıxacağımız dəqiqdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
145

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
406

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
240

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
259

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
278

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 18:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru