Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2014
16:31
Azərbaycan naziri vətəndaşına yardım etməkdə maraqlıdırmı?
Bəxtiyar Hacıyev: “10-15 il eyni vəzifədə qalsalar da, cəmiyyət tərəfindən tanınmırlar”

Dünən FaktXəbər olaraq paytaxt Bakıda insanlar arasında “cəmiyyətimiz nazirlərini necə tanıyır” adı altında sorğu keçirdik. Respondentlərin əksəriyyəti şəkillərini gördükləri nazirləri tanımadılar. Tanıyanlar isə adlarını və hansı sahə üzrə nazir olmasını deməkdə çətinlik çəkdilər. Sorğu zamanı diqqət çəkən digər bir məqam isə bundan ibarət idi ki, nazirlərini tanımayan əksər respondentlər gənclərdir. Mövzu ilə bağlı gənc aktivist, blogger Bəxtiyar Hacıyev FaktXeber.com-un suallarını cavablandırıb. 

   

- Bəxtiyar bəy Azərbaycan cəmiyyəti, xüsusilə gənclər nəyə görə nazirlərini tanımırlar? 

- Həmin sorğunuzu izlədim, orada bir neçə naziri çıxmaq şərti ilə, əksəriyyətinin cəmiyyət tərəfindən tanınmadığı açıq görünürdü. Tanınanlar isə ya işləri ilə bağlı, yaxud da cəmiyyətdə qurduqları, qazandıqları reputasiyaya görə tanınanlar idi. Çox güman ki, gənclər qəzet, radio və televiziyalarda həmin nazirlərin öz sahələrində baş verən yeniliklər, qarşılaşdıqları problemlər, verdikləri qərarlar, apardıqları islahatlarla bağlı görmədiklərinə görə, onları tanımırlar. Azərbaycanda nazirlərin əksəriyyəti öz sahəsində qərarverici yox, icraçıdırlar və buna görə də mətbuatdan maksimum dərəcədə qaçırlar. 

Nazirlər hökümətin müəyyənləşdirdiyi istiqamətdə tapşırıqları icra etsələr də, liderlik və təşəbbüskarlıq nümayiş etdirə bilmədiklərinə görə, hətta 10-15 il eyni vəzifədə qalsalar da, cəmiyyət tərəfindən tanınmırlar, xatırlanmırlar. 

- Vətəndaşlarımız nazirlərə çıxışı və dərdlərini onlara birbaşa deməsi ilə bağlı nə kimi şərait var? 

- 2013-cü ildən etibarən vətəndaşlar arasında narazılığın azaldılması üçün nazirlərin regionlara səfərləri və orada vətəndaşları qəbul etmək ənənəsi qoyuldu. Bildiyimə görə, indi də bu səfərlər təşkil olunur. Lakin, bu görüşlər də vətəndaşların şikayətlərini dinləmək və onları müvafiq qurumlara çatdırmaq məqsədli olduğuna, öz sahələrində köklü yeniliklər gətirmək məqsədli olmadığına görə, tanınmaqlarına töhfə vermir. 

- Ümumiyyətlə Azərbaycan naziri vətəndaşına yardım etməkdə maraqlıdırmı?

- Sorğunuzun sonunda bir xanım nazirlər haqqında "bunlar mənə niyə maraqlıdır, bunların mənə nə xeyri" deyir. Bu, cəmiyyətimizin aşağı-yuxarı dövlətə, dövlət rəsmilərinə, nazirlərə münasibətini göstərir. Vətəndaş ilə dövlət rəsmiləri arasında bağ qopub, ona görə də vətəndaş dövlət rəsmilərini ona qulluq etməli şəxslər kimi yox, ayrıca bir qrup kimi görür. Nazirlərin vətəndaşları dinləmələri, onlara xidmət etmələrini təmin etmək üçün, ilk növbədə vətəndaşların maarifləndirilməsi, aktivləşdirilməsi, təşkilatlandırılması lazımdır ki, onlar da dövlət rəsmilərini vətəndaşa xidmət göstərən şəxslər kimi görsünlər və bu xidməti tələb etsinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru