Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2014
15:32
Türkiyədəki İnsan Haqları Təşkilatları Xocalı soyqırımını müzakirə etdilər

FaktXəbər-in məlumatına görə, Türkiyədəki Geopolitik Araşdırmalar İnstitutu Xocalı Soyqırımıyla əlaqədar bu ölkənin QHT və insan haqları müdafiəsi təşkilatlarıyla birlikdə tədbir keçirib. Tədbiri giriş sözüylə açan İnstitutun sədri həmyerlimiz Hakim Əlizadə Xocalı Soyqırımı və Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına geniş məlumat verib. Daha sonra Türkiyənin insan haqları təşkilatı Mazlumderin başqanı Ahmet Faruk Ünsal Xocalı Soyqırımının beynəlxalq məhkəmələrdə mühakimə edilməsi prosedurası haqda çıxış edib.

Tədbirdə Xocalı Soyqırımının İslam Ölkələri Əməkdaşlığı Təşkilatına üzv olan ölkələr arasında qanun layihəsi kimi tanıtdırılması təklif edilib. Bununla bağlı tədbirdə digər iştirakçılar da müzakirələrə qatılaraq fikir mübadiləsi aparıblar.

Sonda Xocalı Soyqırımına həsr olunmuş tədbirdə iştirak edən azərbaycanlı tələbələrin bu faciəyə həsr olunmuş video-slaydı nümayiş etdirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
140

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
125

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru