Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
16:28
`Düşmən laylası` adlı filmin təqdimatı keçirildi
Film Xocalı soyqırımına həsr edilıb

Beynəlxalq Mətbuat Mərkəzində Ozan MVV Production Xocalı soyqırımına həsr edilmiş "Düşmən laylası" adlı filmin təqdimatını keçirib.

Filmin ssenari müəllifi Altay Yaşar bildirib ki, filmin əsas məqsədi, Azərbaycanın ən acı həqiqətlərindən birini - Xocalı faciəsini bədii və fərqli bir üslubda dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir: "Film qısa müddətdə - 15 gün ərzində İsmayıllıda çəkilib. Bu filmdə Xocalı faciəsinə fərqli üslubda yanaşılıb, qətliama bir körpənin gözü ilə baxılıb". A. Yaşar qeyd edib ki, filmin bir neçə dilə tərcümə edilməsi nəzərdə tutulub: "Filmdə soyqırımı zamanı azyaşlı olduğundan hadisələrdən baş aça bilməyən qız övladının (filmin baş qəhrəmanı Ayan) olaylara özünəməxsus bir şəkildə yanaşması xüsusi maraq doğurur və film boyu tamaşaçıya qaranlıq qalan mövzu (bu xüsusən əcnəbilərin filmə baxdığı zaman daha çox müşayiət olunacaq) məhz son kadrlarda açıqlanır. Film boyu nələr baş verdiyindən heç nə anlamayaraq anasına sual verən bu uşaq əslində verdiyi sualların cavabını anasından yox dünyadan öyrənmək istəyir və bu günahsızın həmin gecə öz yerində yox, düşməndən qaçan zaman yolda donaraq əbədi yuxuya getməsi, layihənin önəm verdiyi bir məqamdır".

Qeyd edək ki, filmin rejissoru kinorejissor Elxan Cəfərov, operatoru isə Tanrıverdi Tanrıverdiyevdir./azadinform

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
380

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 06:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru