Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
16:05
1432
İranda “Qarabağ azanı” oxundu

Azərbaycanın İrandakı Səfirliyində “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalı şəhərini zəbt etməsinin və dinc əhaliyə qarşı qətliam törətməsininn 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

İran rəsmiləri, Tehrandakı diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Tehran, Qəzvin və Məşhəddə təhsil alan Azərbaycandan olan tələbələr, eləcə də Tehranda təhsil alan xarici tələbələrin iştirakı ilə keçirilmiş tədbirin əsas məqsədi Xocalı soyqırımı haqqında məlumatlılıq səviyyəsinin artırılması, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində beynəlxalq miqyasda görülən işlər barədə məlumatları daha geniş auditoriyaya, İran xalqına, o cümlədən İranda təhsil alan tələbə və tədqiqatçılara, akademik dairələrə çatdırmaq olub.

Tədbirin əvvəlində Xocalı faciəsi zamanı qətlə yetirilənlərin ruhuna dualar oxunub, Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli günü olan Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Sənədli filmdən sonra “Qarabağın son azanı” səsləndirilib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfiri Cavanşir Axundov qeyd etmişdir ki, Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ilk soyqırımı deyildir. Səfir Cavanşir Axundov XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə də Quba, Şamaxı, Gəncə, Zəngəzur, Naxçıvan və Azərbaycanın bir sıra digər bölgələrində də ermənilər tərəfindən dinc müsəlman əhaliyə qarşı oxşar qətliamların törədildiyini xatirlatmışdır. Bununla yanaşı, C.Axundov əminliyini vurğulamışdır ki, Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar. Səfir İslam Əməkdaşlıq Təşkilatının, bu təşkilatın Parlament İttifaqının, habelə bir çox dövlətlərin parlamentlərinin ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qətliamı Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıdıqlarını diqqətə çatdırıb.

Səfirlik tərəfindən yerli mətbuat və informasiya redaksiyalarına Azərbaycan, fars və ingilis dillərində hazırlanmış mətbuat açıqlaması göndərilib.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, bukletlər, habelə, “Xocalıya Ədalət” kampaniyasının bukletləri və posterləri paylanıb.

Tədbir yerli kütləvi informasiya informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.AzVision.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
44

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1063
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru