Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
15:50
Azərbaycanın Litvadakı Səfirliyi tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər həyata keçirilir

FaktXəbərin verdiyi məlumata görə, cari ilin 23 fevral tarixindən başlayaraq Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

Səfirlik tərəfindən ilk olaraq “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Vilnüs şəhərin mərkəzi küçələrində ayrı-ayrı altı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatlarının üzərinə Xocalı faciəsi ilə bağlı posterlər yapışdırılıb, şəhərin küçələrində Xocalı faciəsinə həsr olunmuş təbliğat materialları yerləşdirilib.

Daha sonra, fevral ayının 24-də Vilnüs şəhərində səfirliyin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Litva Mikolas Romeris Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Beynəlxalq kontekstdə Cənubi Qafqazda həll olunmamış münaqişələr – Xocalı soyqırımı” adlı konfrans keçirilib.

Konfransda Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlı, Litva-Azərbaycan assosiyasiyasının sədri İmantas Melianas, Mikolas Romeris Universitetinin prorektoru və müəllim heyəti, universitetin beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak edib. Tədbirə moderatorluğu Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biekşa həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Mikolas Romeris Universitetinin prorektoru Stasis Vaitkeviçüs Xocalı soyqırımı haqqında danışaraq soyqırımın 20-ci əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.

Səfir Həsən Məmmədzadə öz çıxışında konfrans iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı soyqırım aktının həyata keçirildiyini vurğulanıb və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra çıxış edənlər Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə əməkdaşı Mustafa Qurbanlı, Mikolas Romeris Universitetinin professoru  Laurinas Biekşa Xocalı soyqırımı ilə bağlı fikirlərini toplantı iştirakçıları ilə bölüşüb. Çıxış edənlər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayaraq Avropa Birliyi və Litva tərəfindən münaqişənin həllinə daha çox diqqətin ayrılmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində səfirlik tərəfindən elan olunmuş “Mən Qarabağ haqqında nə bilirəm” inşa müsabiqəsinin qalibləri təltif olunmuşdur. İnşa müsabiqəsində 26 Litvalı gənc iştirak etmişdir. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclər pul və səfirliyin sertifikatları ilə təltif olunmuşlar. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar və səfirliyin sertifikatları təqdim olunub.

Sonda konfrans iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunmuş, Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən sənədlər toplusu paylanıb.

Bundan əlavə, fevral ayının 25-də Litvanın nüfuzlu və ən çox oxunan qəzetlərindən biri olan “Lietuvos zinios” qəzetində Qarabağın Azərbaycanlı İcmasının idarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin Xocalı soyqırımına həsr olunmuş “Xocalı – naməlum faciə” adlı müsahibəsi dərc edilib.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Litvanın digər şəhərlərində yayımlanması məqsədilə 26 fevral tarixində Kaunas şəhərində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) və həmin şəhərdə təhsil alan tələbələrimiz tərəfindən “Xocalıya ədalət” adlı aksiya keçiriləcəkdir. Aksiya zamanı Kaunasın mərkəzi prospektində üzərində “Justice for Khojaly” yazıları olan köynəklər və Xocalı haqqında bukletlər paylanacaqdır.

Eyni zamanda, Klaypeda şəhərində də həmin şəhərdə yaşayan soydaşlarımız və tələbələrimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
20

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
415

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
215

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru