Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
12:16
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad edib

FaktXəbəbr-in verdiyi məlumata görə, Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklərin nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad etmişdir.

Baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının Xocalı Soyqırımının törədilməsinə zəmin yaratdığını qeyd edib. Həmçinin o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası zamanı qəbul olinan və Azərbaycanın işğala məruz qalmış ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı insanlığa qarşı cinayət kimi tanıyan Qətnaməyə istinad edib.

İyad bin Amin Mədəni Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən  tam şəkildə dəstəkləndiyini bir daha bəyan edib.

Həmçinin İyad bin Amin Mədəni Xocalı Soyqırımı zamanı həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 03:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru