Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
11:22
Morninqstar Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 26 fevral – Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyin Facebook sosial şəbəkədəki rəsmi səhifəsində yayılan bəyanatda deyilir ki, ABŞ Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayır.

“İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir”, - deyə diplomat bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
160

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
152

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
435

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
285

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
371
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru