Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
17:31
Tanınmış ruhanilər Xocalı soyqırımı ilə bağlı tədbir keçirdilər - Foto
Tədbirdə siyasətçilər və ictimai xadimlər iştirak edib

Bu gün Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. FaktXəbər-in verdiyi məlumata görə, tədbirdə Azərbaycanın tanınmış ruhaniləri, siyasətçilər və ictimai xadimlər iştirak edərək Xocalı soyqırımı ilə bağlı öz fikirlərini səsləndiriblər. İlk olaraq ilahiyyatçı alim Zülfüqar Mikayılzadə tədbirdə çıxış edib. O, çıxışında xalqımıza başsağlıığı verərək bildirib ki, Xocalı faciəsi xalqımızın ürəyində dərin yaradır.

Daha sonra Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Xocalıda baş verənləri şərh etdi: “Bir qrup separatçının və qanında insan qanı deyil, vəhşilərin törətdiyi hadisə kiçik hadisə deyil. Belə faciələrdən sonra cəmiyyət, xalq bir olmalıdır ki, bu hadisələrin nəticələrini aradan qaldırsın. Bunun üçün isə hər bir vətəndaşın vətənpərvərlik ruhunda olması çox vacibdir.

İlahiyyatçı Sərdar Həsənli bildirib ki, Xocalı faciəsi ilə yaşadığımız dövrün arasındakı fasilə çox olmasına baxmayaraq, beynəlxalq təşkilatlar hələ də ədalətli qərar verməyiblər:

“BMT bir neçə qətnamə qəbul etsə də, icra olunmayıb. Çünki Qərbin bu soyqırıma ikili yanaşması var. Bir neçə il bundan əvvəl BMT Xocalı soyqırımı ilə bağlı sorğu keçirmişdi və həmin sorğuda Fransa, Rusiya və Amerika bitərəf mövqe sərgiləmişdi. Halbuki, BMT-nin Qarabağ üzrə həmsədrləri bu üç ölkədən təmsil olunur. Bu məsələdə hər bir vətəndaş bütün qüvvələri ilə səfərbər olmalıdır ki, dünya ictimaiyyəti Xocalı soyqırımını tanısın. Bu cür tədbirlər isə buna örnəkdir.”

Tədbirdə iştirak edən digər ictimai xadimlər və ilahiyyatçılar çıxış edərək Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bölüşdülər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
285

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
295

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
367

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
312

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
563

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru