Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
17:23
1821
`Belə getsə Qarabağa köçürməyə 8 ailə belə tapmayacağıq`
Etimad Əsədov: “Əgər Azərbaycan torpaqlarının işğalı 20 il də bundan sonra davam edəcəksə Qarabağa qayıtmaq istəyən adam olmayacaq”

“Fransızlar Strasburq və ətrafını Almaniyanın işğalından 1919-cu ildə, 48 il sonra azad etdi. O ərazilərə cəmi 200 ailə qayıtdı, çünki nəsillər dəyişmişdi. Torpaqlarımızın işğalından 26 il keçib, bir yeni nəsil böyüyüb. Daha 20 il keçsə, o torpaqlara kim qayıdacaq? Biz gənclərə necə deyəcəyik ki, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşsün?” 

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfransında çıxış edən xalq yazıçısı Çingiz Abdullayev söyləyib. 

Xalq yazıçısının fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən “Qarabağ Qaziləri” Birliyinin sədri Etimad Əsədov maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, əgər Azərbaycan torpaqlarının işğalı 20 il də bundan sonra davam edəcəksə Qarabağa qayıtmaq istəyən adam qalmayacaq: “Həmin illər ərzində Qarabağda dünyaya gələn, böyüyüb başa çatan və ora bağlanan insanların hamısı dünyadan köçüb gedəcəklər. Gənc nəsil ermənilər tərəfindən xaraba qoyulmuş, bütün infrastrukturları dağıdılmış, nüvə və zibil tullantıları ərazilərinə çevrilmiş ərazilərdə gedib yaşamayacaqlar.”

Torpaqlarımızın azadlığı üçün müharibəyə başlamaqla bağlı bütün beynəlxalq qanunvericiliyin Azərbaycanın tərəfində olduğunu bildirən müsahib, “Azərbaycan hökuməti insanların vətənə sevgisini, iradəsini və düşmənə nifrətini əsas götürərək torpaqlarının azadlığı üçün dərhal müharibəyə başlamalıdır. Qarabağda doğulub boya başa çatmış insanlar, orada şəhid olanların yaxınları və əzalarını basdırıb gələn şəxslər nə qədər ki, sağdırlar torpaqlarımızı qaytarmalıyıq. Çünki vətən sevgisini çatdırmaq üçün həmin şəxslər torpaq uğrunda necə can verdiklərini, şəhadətə yüksəldiklərini, uğrunda fəda olduqlarını gənclərimizə öyrətməlidirlər”, - deyə qeyd etdi: ”Əks təqdirdə 20 ildən sonra 8 ailə belə tapa bilməyəcəyik ki, Qarabağa göndərək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
8

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru