Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
11:46
1432
Dini Komitə radikalları günahlandırdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlərin kəskin olması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara komitə reaksiya verib.

Qurumun mətbuat xidmətindən bildirib ki, yayılan informasiyalar elə radikal dini qüvvələr tərəfindən uydurulur, əsassızdır və ictimaiyyətdə çaşğınlıq yaratmağa, dövlətin-din siyasətinin tənzimlənməsi işlərinə xələl gətirməyə və özlərini diqqətdən yayındırmağa yönəlib: “Dövlətin din sahəsində mərkəzi icra hakimiyyəti strukturu olan DQİDK ilə müsəlman icmalarının tarixi mərkəzi olan QMİ arasında münasibətlər AR Konstitusiyası və qanunlarından irəli gələn tələblərlə tənzimlənir və hər iki qurum dini icmaların qeydiyyatı, maarifləndirmə işi, dini radikalizmlə mübarizə sahəsində işgüzar münasibətlərə əsaslanan birgə fəaliyyət göstərir. QMİ-nin bu yaxınlarda verdiyi açıqlamadan da göründüyü kimi, qurum rəhbərlərinin də arasında sağlam, qarşılıqlı hörmətə əsaslanan, ölkəmizdə dini tolerantlığın gücləndirilməsinə, bu sahədə Azərbaycan Respublikası Prezidentinin təşəbbüslərinin icrasına yönəlmiş işgüzar münasibətlər mövcuddur. Yalnız son 1 ildə QMİ ilə birgə din xadimlərinin təlimi və maarifləndirmə sahəsində onlarla müştərək tədbirlər keçirilib və bundan sonra da əməkdaşlıq davam etdirəcək”./Qafqazinfo

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
523

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 01:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru