Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
11:14
946
Yol Polisi İdarəsi yük avtomobilinin sürücülərinə müraciət edib

FaktXəbər-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Müraciətdə son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafının hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratdığı bildirilib: “Lakin avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır.

Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq bu kimi hallar hələ də davam edir”.

İdarə yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan  iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş  yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə, nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq: “Xahiş edirik yükdaşıma qaydalarına ciddi riayət edəsiniz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
38

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1076

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
419

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
72
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 13:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru