Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
10:10
Tərlan Əhmədov: `Həmin anda ötürmənin qabağını kəsmək istəsəm də, topu öz qapımıza yolladım`

Futbol üzrə Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Yığmamızın AVRO-2016-nın seçmə mərhələsində mübarizə aparacağı rəqiblər müəyyənləşdi. Komandamızın da yer aldığı H qrupu barədə nə deyə bilərsiniz?

- Həddindən artıq çətin qrupdur. İtaliya və Xorvatiyanı favorit sayıram. Pley-offa vəsiqə verəcək 3-cü yer uğrunda mübarizədə isə Norveçlə Bolqarıstan daha şanslıdır. Millimizin bu iki kollektivlə görüşlərdən hansı nəticə ilə ayrılacağından çox şey asılıdır. Yəni, onlarla duelləri həlledici olacaq. Maltanı da gözümüzdə çox kiçilməməliyik.

- Belə başa düşdük ki, şansımızın az olduğunu düşünürsünüz...

- Şans həmişə var. Rəqiblər kağız üzərində favorit ola bilərlər, ancaq onlar hələ bunu meydanda sübut etməlidirlər. Onu da deyim ki, millimiz indiyədək bu cür ağır qrupa düşməmişdi. Bu, mənim gördüyüm ən çətin qrupdur.

- İtaliya ilə AVRO-2004-ün seçmə mərhələsində keçirdiyimiz oyunları necə xatırlayırsınız? Bakıdakı matç azarkeşlərin yaddaşında sizin öz qapımıza vurduğunuz qolla yadda qalıb...

- Hə, Emin Ağayev sadə vəziyyətdə cinahda topu itirdikdən sonra rəqib futbolçu topu cərimə meydançasına ötürdü. Həmin anda ötürmənin qabağını kəsmək istəsəm də, topu öz qapımıza yolladım. Belə şeylər olur.

- Ancaq bu qola qədər çox yaxşı təsir bağışlayırdıq...

- Deyərdim ki, ən yaxşı oyunlarımızdan birini keçirtdik. Oyun ətrafında böyük ajiotaj vardı. Uduzsaq da, istədiyimizdən də yaxşı çıxış etdik.

- Həmin İtaliya millisi indikindən güclü idi?

- Həmin futbolçular dünya səviyyəsində tanınırdılar. Adları həyəcan yaradırdı. İndiki heyətdə yer alanlar əvvəlkilər qədər məşhur olmasalar da, İtaliya futbolunun öz imici var. Yaxşı məşqçiləri var – Çezare Prandelli.

- Ancaq Azərbaycan millisi ötən müddət ərzində güclənib, razısınız?

- Bəli. Bilirsiniz, bizim komanda vaxtı ilə Portuqaliya ilə heç-heçə oynayıb, Türkiyə, Serbiya, Slovakiya kimi rəqibləri məğlub edib. Yəni, sürpriz etməyi bacarırıq. Hazırda qrupumuzda yer alan komandalara da analoji aqibəti yaşada bilərik. Seçmə mərhələnin ilk oyunlarından çox şey asılıdır.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
279

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
252

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 05:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru