Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2014
09:33
Samsung Galaxy S5 rəsmən təqdim edildi
"Galaxy S5" smartfonu aprelin 11-də satışa çıxarılacaq. Qurğunun qiyməti hələ açıqlanmayıb

Digər şirkətlərin, nə qədər güclü smartphone’ların təqdimatı gözlənilsə də, etiraf edək ki, Samsung’un flaqman modelləri, əsasən də Galaxy S seriyası qədər təqdimatı gözlənilmir. Samsung, uzun müddətdir ki, haqqında bir çox şayələri gəzən və təqdimatı, əvvəlcədən bilinən, gözlənilən Samsung Galaxy S5 smartphone’nunu Barselonada keçirilən MWC 2014 sərgisində rəsmən təqdim etdi!

Həqiqətən də, bu qədər müddətdir ki, gözləməyə dəyər və ya dəyməz kimi fikirləri, şəkillərinə və xüsusiyyətlərinə nəzər saldıqca, qiymətləndirmək olar:

    Şəbəkə: 2G -GSM 850 / 900 / 1800 / 1900, 3G -HSDPA 850 / 900 / 1900 / 2100, 4G  -LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600
    Ölçülər: 142 x 72.5 x 8.1 mm
    Çəki: 145 qr
    Platforma: Android 4.4.2 KitKat
    Prosessor: Dördnüvəli 2.5 GHz, Qualcomm Snapdragon 801 çipseti
    Ekran: 5.1 inç, Super Amoled Full HD ekran (1920 x 1080 piksel) , 432 ppi, Gorilla Glass 3
    Kamera: əsas kamera – 16 MP çəkiliş (2160p 4K Ultra HD video)), HDR, ön kamera – 2 MP (Full HD-1080p)
    RAM: 2 GB
    GPU: Adreno 330
    Yaddaş: 16 /32 GB /64 GB daxili yaddaş, 128 GB qədər microSD kard dəstəyi var
    Rəng: Ağ, Qara, Mavi, Qızılı
    SIM: Nano-SIM
    Su və toz keçirməz: IP67 standartı
    Əl izin tanınması – FingerPrint Sensor
    Ödənişsiz bulud xidməti: 50 GB Dropbox
    Əlavələr:  Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot, Bluetooth 4.0, USB 3.0, GPS A-GPS ilə, 3.5mm audio çıxış, TV çıxış (MHL 2.0), NFC, Infrared port, Ultra Power Saving Mode, Download Booster, S Health 3.0, Quick Connect, Private Mode, Kids Mode
    Batareya gücü: Li-Ion 2800 mAh


Ultra Power Saving Mode – Bu funksiya sayəsində, smartphone daha az enerji israf edəcək. 10 saat web gəzinti və 12 saat videoya baxmaq imkanı yaradır.
Download Booster – Wi-fi və LTE şəbəkələrindən eyni anda istifadə etməyə icazə verir. Bu, yüklənmənin sürətinin artımına kömək edəcək.
Private Mode – Şəkilləri, videoları, ümumilikdə şəxsi əşyalarınızı, digər şəxslərdən qorumaq, gizlətmək üçün əlavə tətbiqə ehtiyac yoxdur. Bu funksiya, şəxsi  fayllarınızı qoruya və gizlətmək imkanı verir.

P.S. İlk öncə, Galaxy S5 modelinin müsbət tərəfləri haqqında yazacam. Çünki, bu hissə, mənfi cəhətlərə nisbətən azdır. Modelin ən üstün cəhətləri, daha yaxşı kamera, daha güclü prossesor, əl izinin tanınması kimi xüsusiyyətlər, funksiyalardır. Kamerası, FAST AF funksiyası sayəsində 0.3 saniyədə ən sürətli avtofokus çəkmək imkanı, hal-hazırda ən güclü prosessora malik olması, müsbət cəhətləridir. Müsbət cəhətlərindən biri də, əl izinin tanınması -FingerPrint Sensor təchiz olunmasıdır. iPhone 5s modelində olduğu kimi, əl əzinin tanınması Home düyməsi vasitəsilə icra olunacaq. Daha sonra, arxa kameranın aşağısında flash’ın yanında olan ürək döyüntülərinin hesablanması (heart rate monitor) üçün göstərici vardır. Bu funksiya, ilk olaraq Galaxy S5 modelində tədbiq olundu.

Həqiqətən də, yayılan məlumatlarda, Samsung “bir partlayış” edəcəyini düşünürdüm. Amma, Samsung Galaxy sevənlər inciməsin. Amma, bu səfər olmadı. Açıqlayım; ilk öncə, ən əsas hissə -dizaynı barədə müsbət fikirlər yaza bilmirəm. Demək olar, Galaxy S4 modelinə çox bənzəyir. Həm də, Note 3 modelinin daha balaca versiyasını da xatırladır. Müsbət xüsusiyyətlər, nə qədər cəlbedici olsa da, dizayn, xarici görünüş də, çox önəmlidir. Hər halda, mən belə görürəm. Sonra, gözlənilən 2K Ultra ekran, 3 GB RAM, daha yüngül, daha nazik kimi kəlmələri, bu modeldə, fikrimcə sadalamaq olmaz. Adı çəkilən xüsusiyyətlərlə də təqdim olunmaması, mənfi hal adlandırmaq olar. Çünki, Galaxy S5 modelindən, digər modellərə nisbətən gözləntilər çox idi. IP67 standartı gəlincə isə, sudan, tozdan tamamilə qorumur, sadəcə damcı və adi toz dənəciklərindən qoruyur.

Samsung Galaxy S5, aprel ayının 11-dən etibarən dünya üzrə satışları başlanacaq. Satış qiyməti, ehtimal edirəm ki, Azərbaycanda 699 azn-dən satışa çıxa bilər..

Bu fikirlər, hər zaman, sonda (P.S.) yazdığım fikirlər kimi, öz subyektiv fikirlərimdir. Bəlkə, özüm test edəndə, fikirlərim dəyişdi. Amma, indiki zamanda, fikirlərim belədir. Hər kəsin, mənim kimi düşünməməsi də normaldır./androidaz

Close window

Close window

Close window

Close window

Close window

Close window

Close window

Close window

Close window

Close window

Close window



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
178

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
292

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 21:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru