Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2014
21:42
Anar Qasımlı: `Mövsüm Səmədova zəruri tibbi yardımlar göstərilir`

Bu gün Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı müvəkilləri ilə görüşüb. Anar Qasımlının FaktXəbər-ə verdiyi məlumata görə, AİP liderinin səhhəti normaldı: "Səmədovla görüşdüm. Səhhəti normaldı, müalicəsi davam edir. Profilaktik olaraq nəzarətdə saxlanılır. Zəruri tibbi yardımlar göstərilir. Şikayəti və narazılığı yoxdur. Hələ ki, bir müdət orada müalicə alacaq."

Vəkil 15 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Rufulla Axundazadə ilə də görüşüb: "Hazırda cəzaçəkmənin ərazisində olan tibbi məntəqədə müalicə olunur. Əsas istəyi müalicə müəssisəsinə köçüb, müalicəsini orada davam etdirməsidi."

1 saylı cəzaçəkmə müəssisəsində Firdovsi Məmmədrzayevlə də görüşdüyünü bildirən Anar Qasımlı onun gözlərində müəyyən problemlərin olduğunu söylədi: "Görmə zəifləyi ilə bağlı müayinədən keçib eynək təyin edilməlidir. Bununla bağlı pentensiar xidmətə müraciət edəcəm. Həmçinin mətbuat vasitəsilə də pentensiar xidmətinə müraciət edirəm ki, Firdovsi Məmmədrzayevi səhhəti ilə əlaqədar olaraq tibbi məntəqəyə köçürsünlər."

Sonda vəkil Anar Qasımlı bildirdi ki, məhkumların əsas şikayəti müxalifət mətbuatı ilə təmin olunmamalarıdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
391

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 07:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru