Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2014
16:22
1047
Prokurorluqda Xədicə İsmayıla amerikalılarla bağlı sual veriblər

Fevralın 12-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın Bakıda, İçərişəhərdəki “ART Garden” restoranında ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə görüşdüyünü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyənlərin siyahısını təqdim etdiyi yazıb.

Fevralın 19-da Milli Məclisin deputatı Ceyhun Osmanlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində jurnalist Xədicə İsmayılın həmin görüşdən səs yazısını prokurorluq orqanlarına təqdim etdiyini açıqlayıb.

Fevralın 21-də “Media forum”a danışan Xədicə İsmayıl bildirib ki, əgər həqiqətən də ortada səs yazısı varsa, deməli, bu iş əvvəlcədən təşkil olunub: “Prokurorluq onlara belə bir səs yazısının təqdim olunduğunu təsdiqləyir. Amma səs yazısı ilə bağlı mənə verilən suallarda Ceyhun Osmanlıya istinad etmədilər. Bildirdilər ki, istintaqa belə məlum olub.

Ceyhun Osmanlının özü şəxsən həmin söhbəti yaza bilməzdi. Çünki o gələndə biz restorandan çıxırdıq. Ola bilsin ki, bu səs yazısını restoranın özü yazıb hökumətə təqdim edib. Çünki masanı əvvəlcədən sifariş vermişdim. Hökumət də öz növbəsində deputat toxunulmazlığından sui-istifadə edib Ceyhun Osmanlının adını hallandırır. Çünki bizə ən yaxın olan masa ilə aramızdakı məsafə 15-20 metr idi. İnanmıram ki, həmin məsafədə sadəcə telefonla səs yazmaq mümkün olsun.

Əllərində olan hər bir məlumatı, səs yazısını sübut kimi ortaya çıxara bilərlər. Mən qeyri-qanuni bir iş görmürəm. Qanunsuz işlər görmədiyim üçün heç bir qorxum da yoxdur. Açıqda demədiyim bir şeyi gizlində də demirəm. Hökumət barədə olan fikirlərimi də hər zamana açıq şəkildə bildirirəm”.

Jurnalist əlavə edib ki, istənilən nəticəyə hazırdır: “Facebook”da yaydığım sənədlə bağlı üçüncü dindirilmə zamanı məndən restoranda görüşdüyüm şəxslərin kimliklərini soruşdular. Mən də adları açıqladım”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1155

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
71

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru