Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
16:04
Anar Nəcəfli XəzərTV-dən Suriyaya görə gedib

Son günlər Azərbaycan televiziyalarında müxtəlif sahələrə aid işçilərin uzaqlaşdırılması halları yaşanmaqdadır. İlk öncə ixtisarlar ANS-də aparıldı, bəzi bölgədə şöbələr bağlandı. Daha sonra isə Xəzər və Lider televiziyalarından işçilər uzaqlaşdırıldı, ATV-də isə bəzi verilişlərin bağlanacağı artıq məlumdur. Düzdür, digər televiziyalardan çıxanlar cəmiyyətdə kifayət qədər tanınmasalar da, Azərbaycanda əl hərəkətləri ilə xəbər təqdim edən ilk aparıcı Anar Nəcəflini hamı tanıyır. Bir müddət öncə Xəzər televiziyasından uzaqlaşdırılan aparıcının rəhbərliklə sözünün çəp gəlməsi söylənsə də, təfərrüatlar barədə açıqlama verilmədi.

Aparıcını yaxından tanıyan bir nəfər isə bildirdi ki, əslində səbəb Suriya məsələsidir. Belə ki, Suriyada hadisələr başlayandan bəri Xəzər TV-nin birtərəfli şəkildə xəbər yayımlaması daim Anar Nəcəflinin etirazı ilə qarşılanıb. O, Suriyadakı qanlı olaylarda əsas günahın terror təşkilatlarının üzərində olduğunu və bunun da işıqlandırılmasının vacibliyini bildirib. Həmçinin terrorçuların törətdikləri qətliamların belə, Əsəd ordusunun işi kimi təqdim edilməsi narahatlıq yaradırmış.

Dəfələrlə edilən bu etirazlardan sonra isə kanal rəhbərliyi 7 ildir televiziyada çalışan təcrübəli aparıcı ilə yollarının davam edə bilməyəcəyinə qərar verib.

Qeyd edək ki, ölkə televiziyalarından fərqli olaraq Xəzər televiziyasında Suriya ilə bağlı birtərəfli məlumat yayılır. Və daim törədilən qətliamlarda Bəşər Əsəd ittiham olunur. Orada fəaliyyət göstərən və dünyanın hər yanından, o cümlədən Azərbaycandan gedən terrorçular barədə isə bir cümlə də xəbər verilmir.

Xatırladaq ki, Xəzər Televiziyası Türkiyənin Samanyolu Yayın Qrupuna məxsusdur və sahibi Türkiyə vətəndaşı Hüseyin Dinlemezdir. Samanyolu Yayın Qrupu isə nurçu təriqətinin lideri Fətullah Gülənin nəzarətindədir. Fətullah Gülənən moziələri də həftənin bir neçə günü məhz “Samanyolu”nda yayımlanır.

Səsələndirilən iddia ilə bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52568

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52260

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51916

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52302
Şərhlər
Bakili tərəfindən 20-02-2014 13:09:09 tarixində yazıldı
yalan
Bele qeyretli oglandi kanalin Azerbaycanda edaletsizliyin surduyu bir vaxta her seyin gozel olmasi haqda melumatlara etirazini bildirib cixardi.Sizin xeberlerin yarisi yalandan ibaretdir
Шерафет Шукюров tərəfindən 20-02-2014 15:43:54 tarixində yazıldı
Ялан дунясы
Азербайджанда не гедер чох ялан данышсн о гедер хорметли оларсан.Еле ки дуз данышмага башладын,я ишден узаглашарсан,я да чох догру дейен олсун йерин ен яхшы халда турмедир..!
Hacı Həsən tərəfindən 20-02-2014 16:59:14 tarixində yazıldı
Halaldır
Halaldır Anara bu Vətənin çörəyi suyu. Rəğbətim birə min artdı. Kişi adamsan Anar Nəcəfli. Soyadın da Sənə halaldır ay Nəcəf oğlu. Ağam Əlinin mübarək nəşi yatır Nəcəfdə. O mübarək şəhərdə yatan Müqəddəslərin şəfaəti aksik olmasın üzərindən.
MUSTAFAYEV SAHID tərəfindən 21-02-2014 14:53:44 tarixində yazıldı
TESEGURLER
EHSEN SENE ANAR NECELI HEQIQETEN AZERI BALASISAN ALLAH SENI QORUSUN 2UZLU INSANLARDAN SENIN SALAMATCILIQINA SALAVET ALLAHUM ME SELLI ALE MUHAMMED VE ALLI MUHAMMED TESEGUR EDIREM BUTUN SIYYELER ADINA.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru