Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
15:34
62 nəfər insan alveri qurbanına yardım göstərilib

FaktXəbər-in verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 2013-cü il ərzində 62 nəfər insan alveri qurbanına müvafiq yardım göstərilib.

Onlardan 44 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi, 18 nəfəri isə müxtəlif QHT-lər tərəfindən Mərkəzə yönləndirilib.

İnsan alverinin qurbanı olmuş şəxslərdən 11 nəfəri münasib işlərlə, 7 nəfəri sığınacaqla, 2 nəfəri maddi, 8 nəfəri psixoloji və 6 nəfəri hüquqi yardımla təmin olunub, 3 nəfəri peşə hazırlığı kurslarına cəlb edilib. Digərlərinin də cəmiyyətə reinteqrasiyası və  sosial reabilitasiyası istiqamətində aidiyyatı üzrə tədbirlər görülüb.

Mərkəz insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı məlumatlılığın artırılması və insan alverinin qarşısının alınması məqsədilə ölkənin müxtəlif regionlarında maarifləndirmə işləri də aparıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 04:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru