Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
09:15
Azərbaycanın su elektrik stansiyaları elektrik enerjisi hasilatını artırıblar

Yanvarda Azərbaycanda 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi (əmtəəlik) istehsal edilib. Bu, ötən ilin analoji dövrünə nisbətən üç faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2014-cü ilin yanvar ayında istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 2,02 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının payına düşüb ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 2,9 faiz çoxdur.

Yanvarda su elektrik stansiyalarında 1,37 milyard kilovat-saata yaxınelektrik enerjisi istehsal olunub. Bu, ötən ilin analoji dövr göstəricisindən 6,2 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 20,63 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, 2012-ci ilin göstəricisini 0,6 faiz üstələyir.

2013-cü ildə istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 19,26 milyard kilovat-saat istilik elektrik stansiyalarının payına düşüb ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 2,7 faiz çoxdur. Ötən il su elektrik stansiyaları tərəfindən 1,37 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2012-ci ilin göstəricisindən 21,7 faiz azdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru