Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2014
11:34
Əli Abbasov Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının  (“YT Park”) fəaliyyəti ilə tanış olub. “YT Park”-ın yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf planları üzərində qurulan təqdimatın nümayişi olub. Bu barədə FaktXeber.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, artıq “İASP”-yə (International Association of Science Parks and Areas of Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı vurğulanıb.

Tədbirdə Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan “Pi Campus”a müraciətlərin qəbulunun artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı, mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da məlumat verilib. Eyni zamanda hazırda “YT Park”ın ofisində yeni yaranan “start-up”-ların fəaliyyətə başladığı, müvafiq treninqlərin təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin parkın fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da vurğulanıb. Müzakirələrlə davam edən tədbirdə nazir Ə.Abbasov “YT Park”ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində tövsiyələrini bildirib.

Daha sonra “Yüksək Texnologiyalar Parkı”nın kollektivi ilə görüşən nazir beynəlxalq texnopark təcrübəsi və onların fəaliyyətinin qlobal iqtisadiyyata təsirindən söz açıb. Bu baxımdan ölkəmizdə yeni iqtisadi modelin və mühitin formalaşdırılması, o cümlədən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsində Yüksək Texnologiyalar Parkının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61500

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59265

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60929

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60610

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66146

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60408

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60660
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2021 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru