Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2014
12:32
Elşad İsgəndərov: “Din xadimlərimiz də dindarlarımızı düzgün istiqamətdə yetişdirməlidirlər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib ki, bu gün Azərbaycanın haqq səsinin, Xocalı həqiqətlərinin dünyaya çatdırılması ümummilli məsələyə çevrilib və “Xocalıya ədalət" kampaniyası nəticəsində Xocalıda şəhid olanların qanı yerdə qalmayacaq. Artıq bir çox dövlətlər və təşkilatlar tərəfindən Xocalıda baş verən hadisələrin soyqırım olması qəbul edilib.

E.İskəndərovn əlavə edib ki, hər bir soydaşımız Azərbaycanın milli vəhdəti, milli maraqları baxımından əlindən gələni əsirgəməməlidir: "Bizim əsas çağırışımız vətənpərvərlik ruhunda böyüyən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə hazır olan vətəndaşın yetişdirilməsidir. Bizi bu işlərdən yayındıran, xarici qüvvələr tərəfindən idarə edilən şəxslərin çağırışlarına uymamalıyıq. Gənclərimiz xarici dövlətlərdəki hərbi münaqişələrdə yox, Qarabağın azadlığı uğrunda canlarından keçməyə hazır olmalıdırlar. Bizim din xadimlərimiz də dindarlarımızı düzgün istiqamətdə yetişdirməlidirlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
750
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 08:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru