Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2014
17:20
26fevral.az layihəsi təqdim olunacaq

26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətliamın 22-ci ildönümü yaxınlaşır.

"Azərsun Holdinq" dinc sakinlərin qətlə yetirildiyi dəhşətli faciə ilə əlaqədar olaraq bu ildə ənənəsinə sadiq qalaraq, müxtəlif tədbirlər həyata keçirir. "Azərsun Holdinq" bu faciə barədə müxtəlif məlumatların yer alacağı www.26febral.az (eyni zamanda www.26february.az) veb portalı layihəsini təqdim etməyə hazırlaşır. Layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələri lentə alınaraq, filmlər hazırlanıb və onlar www.26febral.az (eyni zamanda www.26february.az ) veb portalında yerləşdiriləcək.

Ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakini dinlənilərək lentə alınır və qiymətli video arxiv yaradılır. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək.

Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyəti bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə "Azərsun Holdinq"in yaxından dəstəyi ilə ərsəyə gəlib.

Bundan əlavə "Azərsun Holdinq" Xocalı soyqırımının daha geniş insan kütlələrinə çatdırılması üçün bu faciənin canlı şahidi olmuş Səriyyə Müslimqızının müəllifliyi ilə ərsəyə gələn "Dünya susmasın gərək" kitabının çap edilməsinə də dəstək verdi.

Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və www.26fevral.az saytında paylaşaq.

Qeyd edək ki, "Azərsun Holdinq" Xocalı faciəsinin növbəti ildönümünü qeyd etmək üçün müxtəlif tədbirləri həyata keçirməyə davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
232

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 02:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru