Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2014
16:05
Gənc sahibkarlar üçün yeni internet portalı təqdim olunacaq

FaktXəbər-in verdiyi məlumata görə, 18 Fevral 2014-cü tarixi saat 11.00-da Bakı Biznes Mərkəzində Gənclərin Sahibkarlıq Proqramının (“Youth Inc”) 2-ci mərhələsinin təqdimat mərasimi keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Memoranduma əsasən, “Youth Inc” proqramının birgə inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması nəzərdə tutulur.  

Proqramının 2-ci mərhələsinin təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Seymur Hüseynov, gənclər təşkilatlarının, biznes şəbəkələrin, müxtəlif şirkətlərin nümayəndələri, sahibkarlar və gənclər iştirak edəcək.

Tədbirdə eyni zamanda gənc sahibkarlıq sahəsində yeni alətlərin də təqdimatı keçiriləcək, gənc sahibkarlar üçün www.youthinc.az internet portalı təqdim olunacaq. Portal vasitəsi ilə gənc sahibkarlar sosial şəbəkə formatında ünsiyyət qurub, öz məhsul və xidmətlərini təqdim edib, eləcə də digər sahibkarlarla forum vasitəsi ilə məsləhət ala bilərlər. Tədbirdə eyni zamanda  biznes inkubasiya sahəsində azərbaycan dilində ilk olan “Youth Inc. Biznes İnkubassiya Proqramının Yaradılması və İnkişafı” kitabının təqdimatı da olacaq. Kitab “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.6 “ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması” yarımbəndinin icrasına dəstək olmaq məqsədi ilə çap olunur. Sözügedən kitab biznes inkubasiya proqramının yaradılması üçün lazım olan nəzəri bilikləri özündə cəmləşdirir. Belə ki, kitabda həm biznes inkubatorun texniki-iqtisadi əsaslandırılması, həm də inkubatorun işə salınması və idarə olunması izah olunur.  

 “Youth Inc” proqramının 1-ci mərhələsi çərçivəsində görülmüş işlərlə bağlı hesabat veriləcək, fəal iştirakçılar sertifikatlarla təltif ediləcək. Qeyd edək ki, “Youth Inc” bir neçə mərhələdən ibarət olmaqla, uzunmüddətli gənclər proqramdır. Proqramın birinci mərhələsinə 2013-cü ilin yanvar ayında start verilib. Proqram paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsinə yönəlib. Sözügedən proqram gənclərin biznes yaratması üçün real imkanlar yaradır. “Youth Inc” proqramı bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstəyin yeni formatıdır.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
240

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
215

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
234

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
251

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 16:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru