Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2014
11:34
2076
10 minə yaxın bakalavr magistr imtahanı üçün ərizə verib

Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. FaktXəbər Komitənin saytına istinadən xəbər verir ki, qaydalara uyğun olaraq bakalavr 2014-cü il fevralın 11-dən etibarən TQDK-nın müvafiq internet səhifəsinə daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartında kı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.

Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar. Bakalavrlar mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Bakalavrın elektron ərizəsi" formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.

Qeyd edək ki, 17 fevral 2014-cü il saat 11:00-a qədər 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqləyib.

Xatırladırıq ki, bakalavrlar "Bakalavrın elektron ərizəsi" formasını 2014- cü il fevralın 20-dək olan təsdiq edə biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 07:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru