Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2014
11:44
Qarabağ əlili özünü yandırdı

I qrup Qarabağ əlili intihara cəhd edib. Mənzil problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gələrək özünü yandırmaq istəyib. Bu məqsədlə o üstünə yandırıcı maye töküb. Lakin yanındakı şəxslər və İcra Hakimiyyətinin əməkdaşları əlili fikrindən daşındırıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilən M. Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M. Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.

E. Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: “Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.

Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib.

***

Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihara cəhd edib.

Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48100

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47810

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47406

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52958

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47019

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 06:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru