Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2014
15:11
796
Prokurorluq Bakıda baş vermiş partlayışlarla bağlı məlumat yaydı

Fevralın 13-də paytaxda baş vermiş partlayışlarla əlaqədar respublikanın hüquq mühafizə orqanları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Bu barədə FaktXəbər-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Belə ki, həmin tarixdə saat 16.30 radələrində Xətai rayonu ərazisində "Lukoil Azərbaycan" QSC-nin yanacaqdoldurma məntəqəsində yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işlərinin aparılması zamanı baş vermiş partlayış nəticəsində fəhlələr - Həsrət İmamverdiyev və Şamxal Orucovun ölmələri, Həşim Turabovun isə xəsarət alması faktına görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

İlkin araşdırma ilə partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur.

Digər hadisə həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verib.

İlkin araşdırmalarla qaz sızmasından baş verməsi ehtimal edilən partlayış nəticəsində Binəqədi rayon sakinləri - Fillurə Budaqova, Afiyət İbadova, Tamella Səfərova, Şücayət Qədimova və Tərlan Kazımov müxtərlif dərəcəli xəsarətləri alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib. Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xəsarət almış şəxslər dərhal xəstəxanalara yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilib və hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
48

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
23

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
28

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
31

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
30

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
50

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
66
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 16:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru