Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2014
09:52
1448
Novruza yaxın meyvə-tərəvəzə qiymətlər qalxacaq

Ekspertlər məhsul bazarında indi yox, bayram ərəfəsində bahalaşmanı proqnozlaşdırırlar.

Mövsümlə əlaqədar ölkə ərazisində bir neçə gün əvvəl müşahidə olunan sərt, şaxtalı hava kənd təsərrüfatı məhsullarına da öz mənfi təsirini göstərdi. Bu şəraitdə bazarda yerli məhsulların həcmi azalır.

Lakin ekspertlər bu halda belə yerli məhsulların qiymətində kəskin artımın gözlənilmədiyini bildirirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid  Məhərrəmov açıqlamasında qiymət artımının indi deyil, Novruz bayramı ərəfəsində müşahidə olunacağını bildirib:

“Bazarda indiki vəziyyət  demək olar ki, ardıcıl şəkildə davam edir. Yəni, birinci dəfə deyil ki, məhsul qıt olur, yaxud da istehsal etdiyimiz məhsulu saxlamaqda problemlərlə üzləşirik. Burada məsələ yalnız sahibkarların fərdi qaydada öz məhsullarını saxlamaqla bağlı problem deyil. Həm də soyuducu anbarlarda saxlanılan məhsulların da bir qismi xarab olur. Orada müəyyən temperatur rejimi yaratmaq lazımdır ki, bizim soyuducu kameralarda kifayət qədər bacarıqlı mütəxəssislərin sayı az olduğundan, bu, təmin oluna bilmir. Bunun da nəticəsində biz görürük ki, məhsulun bir qismi istehsal, bir qismi daşınma, bir qismi satış, bir qismi isə saxlama zamanı xarab olur. Bütün bunlar zəncirvari formada məhsul istehsalından tutmuş onun satışına, emalına qədər prosesdə baş verir. Bu, bizim həm fermerlərimizin, həm də bu işə məsul olan sahibkarlarımızın öz işinin öhdəsindən lazımi şəkildə gələ bilmədiyindən xəbər verir. Təəssüflər olsun ki, bu, xeyli miqdarda itkiyə yol verir. Bu itki ümumiyyətlə, əvvəllər də olduğu üçün bazarda kəskin qiymət artımı özünü göstərməyəcək”.

V.Məhərrəmovun sözlərinə görə, bazarda qiymət artımı daha çox bayram ərəfəsində  baş verəcək.

“Ona görə ki, bizim istehlakçılar çalışırlar ki, daha çox bayram ərəfəsində bazarlıq etsinlər. Bayram süfrəsini bol etmək üçün. Belə olan halda idxala məsul olan sahibkarlar da bunu izləyirlər. Onlar həm ölkə daxilində istehsal olunan məhsulun topdansatışı ilə, həm də idxal olunan məhsulun satışı ilə məşğul olduqlarından yaranmış vəziyyətən çox məharətlə istifadə edirlər. Yəni, düşünürəm ki, bizdə qiymət artımı Novruz bayramı ərəfəsində müşahidə ediləcək”.

Ekspert Nizami Qarayev isə cüzi şəkildə qiymət artımının gözlənildiyini bildirsə də, bunun meyvə mövsümünün sonu olması ilə bağlı olduğunu bildirib:

“Düzdür, şaxtalar adi şəkildə saxlanılan məhsullara müəyyən qədər ziyan vurub.  Amma müasir anbarlarda saxlanan kifayət qədər məhsullar da var. Həm də anbarlardakı məhsulların heç də hamısı sıradan çıxmayıb. Ona görə də, məhsulun qiymətinin kəskin qalxması gözlənilmir. Amma mövsümün sonu yaxınlaşdıqca meyvənin miqdarıının azalması prosesi gedir ki, bu halda qiymətlərdə cüzi artım müşahidə oluna bilər. Bununla belə qiymətin kəskin qalxması gözlənilmir. Cüzi də olsa, müşahidə olunacaq artım təbiidir. Çünki, yeni məhsul istehsalına yaxın köhnə meyvə azaldığından, təbii olaraq da qiymət qalxır”./Movqe.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
171

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
103

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
134

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
165

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
198

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
190

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
747

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
562
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru