Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2014
14:20
Zabrat sakinləri qəsəbənin vəziyyətindən prezidentə yazıb

“Cənab prezident! Etimad göstərdiyiniz  məmurlar xalqın səbr kasasını daşırırlar. O qədər haqsızlıqlarla rastlaşırıq ki, məcbur olub Sizə müraciət edirik. Ətraf kəndlərin inkişafı ilə bağlı nə qədər sərəncamlar imzalasanız da, ortada heç nə yoxdur”.
 
Zabrat sakinləri prezident İlham Əliyevə ünvanladıqları müraciətin bir nüsxəsini də AzadlıqRadiosunun “Qaynar xətt”inə yollayıblar. Onlar ölkə rəhbərindən rahat yol və su istəyirlər.
 
Qəsəbə sakini Qalib Bağırov danışır ki, Zabratda su və kanalizasiya xətləri çəkilməsi üçün yollar qazılıb, işlər yarımçıq saxlanılıb, indi əziyyətini sakinlər çəkir:
 
“Hətta qazdıqları quyuya düşənlər də olur.  Son 20 gündə Zabratda su çəkmək adı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qazdığı quyuya insan yox, çamış da düşsə, çıxartmaq olmaz. Quyular qazılıb, qazanlar və qazdıranlar yoxa çıxıb. Söz deyiləsi adam yoxdur ki, heç olmasa gəlib quyuları doldursunlar”.

QUYU QAZIB QAÇIRLAR...

Qalib Bağırovun sözlərinə görə, 3 il əvvəl asfalt döşənmiş yolları su xətlərinə görə qazıb töküblər. Ancaq nə xətlər çəkilmir, nə də qazdıqlarını gəlib düzəltmirlər:
 
“Fəhlələr bir-iki gün işləyirlər, sonra başqa kənddə iş çıxır, burdakı işləri yarımçıq saxlayıb gedirlər ora. Burdan yol çəkirlər, o tərəfdən iritonajlı maşınları yola buraxırlar. Maştağa yolu 2 ildir çəkilib, gəlib görün necə bərbad vəziyyətdədir. Su xətlərinə görə qazırlar, sonra keyfiyyətsiz asfaltlayırlar, çökəklər əmələ gəlir. 3 saylı Sabunçu xəstəxanasına gedən yol, Ramana yolu, Balaxanıya dönən yol – hamısı bərbad vəziyyətdə, çökəklikdir”.
 
Qalib Bağırov Zabrat sakinlərinin nəqliyyat problemi yaşamalarından da danışır.
 
Sabunşu rayon İcra Hakimiyyəti isə bildirir ki, Zabrat sakinlərinin bu problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətslərinin çəkilişi yaxın vaxtlarda başa çata, yollar da əsaslı asfaltlanacaq. Zabrat sakinlərinə səbr etmək qalır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4723

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3207

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2571

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru