Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2014
10:27
513
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizimlə bağlı açıqlama verdi

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Komitədən bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:


"Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar keçirib."

Komitədən bütün böldələrdə din xadimlərinin iştirakı müzakirələrin keçirildiyi də barədə də məlumat veriblər: "Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu tədbirlərin əsas xətti oldu".

Komitədən bildiriblər ki, ötən ilin sonuncu rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edilir: "Kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və Şimal-Qərb bölgələrində keçirilib. Bu günə qədər keçirilən kurslarda 150-dən çox imam və axund iştirak edib".

Məlumatlarda qeyd olunub ki, QMİ-nin iştirakı ilə cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris xarakterlidir: "Həmçinin, bu kurslar onlar üçün pozitiv istiqamətdir. Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1145

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1458

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1977

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2060

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2162

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1847

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
585

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
157
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 22:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru