Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2014
10:38
Gürcüstan prezidenti Vladimir Putinlə görüş barədə fikirləşəcək

FaktXəbər-in "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinlə görüş barədə düşünəcəyini açıqlayıb. Georgi Marqvelaşvili əlavə edib ki, Gürcüstan - Rusiya münasibətlərinin normallaşması istiqamətində vacib addımlar atmağa hazırdır.

Gürcüstan dövlət başçısı rusiyalı həmkarı ilə görüşmək üçün bir neçə şərtin olmasını da vacib sayıb: "Əgər bizim görüş münaqişənin həlli istiqamətinə müsbət təsir edəcəksə bu barədə düşünə bilərəm. Biz Rusiya tərəfindən konfliktin həllinə dair sələnən bütün fikirləri ciddi izləyirik."

Buna qədər Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dnitri Peskov da mətbuata bildirmişdi ki, Vladimir Putin və Georgi Marqvelaşvili arasında Soçi şəhərində görüşün baş tutması istisna deyil. Hətta Rusiya prezidenti də gürcü jurnalistin sualına cavab verərəkən, "Əgər Marvelaşvili istəsə, onunla görüşəcəm",-deyə söyləmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
402

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru