Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2014
11:48
Nyu Yorkda `Cavad xan` filminin təqdimatı keçirilib

FaktXəbər-in verdiyi məlumata görə,  ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində “Cavad xan” filminin nümayişi keçirilib.

Tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında məlumat verdikdən sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib.

“Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər.

Çıxışlardan sonra filmə baxış keçirilib.Qeyd edək ki, 2009-cu ildə lentə alınan “Cavad xan” filmi 19-cu əsrin əvvəllərində öz oğlanları ilə birlikdə Vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.

“Cavad xan” filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-York şəhərində yaşayıb çalışan həmyerlilərimiz də olub.Filmə baxışdan sonra Nyu York-Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Erdərənli və Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil filmin yaradıcılarını təşkilatın fəxri diplomu ilə təltif ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru