Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2014
13:20
Bakıda Erasmus+ proqramının təqdimatı olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbələr Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Erasmus+ proqramının təqdimatı keçiriləcəkdir. Erasmus+ proqramının təqdimatı Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin gənclər sahəsində eksperti Maksymilian Fras tərəfindən aparılacaqdır. Təqdimatda Avropa Komissiyasının 2014-2020-ci illəri əhatə edəcək Erasmus+ proqramının fəaliyyət istiqamətləri, mümkün layihə perspektivləri və Azərbaycan gənclər təşkilatlarının proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat veriləcəkdir.

FaktXəbər-in məlumatına görə, tədbirdə Azərbaycan gənclər təşkilatları ilə əlaqələrin yaradılması və gələcəkdə müxtəlif birgə layihələrin icrasını müzakirə edə bilmək üçün təqdimatda İtaliya, Hollandiya, Litva, Ukrayna, Gürcüstan, Türkiyə kimi ölkələrdən ən aktiv gənclər təşkilatlarının rəhbərləri də qonaq qismində iştirak edəcəklər.

Təqdimat 10 fevral 2014-cü il tarixində, saat 11:00-da Park Inn mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək. Xatırladaq ki, təqdimatda iştirak edən Azərbaycan gənclər təşkilatlarının nümayəndələri təqdimat zamanı onları maraqlandıran sualları da eskpertə ünvanlaya biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
100

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru