Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2014
11:50
Bu gün 11-ci imam Həsən Əsgərinin (ə) doğum günüdür

Hicri-qəməri tarixi ilə rəbius-sani ayının 8-i, yəni bu gün müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) doğum günüdür. İmam Ərəbistan yarımadasının Mədinə şəhərində doğulub, sonradan zalım Abbasi xəlifələri tərəfindən atası imam Hadi ilə birlikdə İraqın Samirə şəhərinə sürgün edilib. Onun həyatı əsasən zalım şahların nəzarəti altında keçib. Elə buna görə də o həzrətə "imam Əsgəri" (hərbçilərin nəzarətində saxlanılan imam - red.) ləqəbi verilib. Dünyanı zülmdən xilas edəcək 12-ci imam Mehdinin (ə) bu ailədə göz açacağını eşidən Abbasi xəlifələri imam Həsən (ə) və onun ailəsinə tətbiq edilən təzyiqləri günbəgün artırıblar.

İmamın dini rəhbərliyi hicrətin 260-ci ili, yəni onun şəhid edildiyi zamana qədər davam edib. Şəhid olan imam Əsgəri (ə) elə evindəcə dəfn edilib. Sevənləri Abbasi xəlifəsindən qorxduqları üçün onun məqbərəsini gizli şəkildə ziyarət etməyə başlayıblar.

Hicrətin 333-cü ilində Buveyhi hakimləri İmamın məqbərəsinin təmir edilib ucaldılmasında əvəzsiz xidmət göstəriblər.

Tarix və hədis kitablarında imamın qəbrini ziyarət edənlər üçün çoxlu savab qeyd edilib.

Bildirək ki, imam Həsən Əsgərinin (ə) məqbərəsinə edilən hücumlara baxmayaraq, bu günlərdə o həzrətin ziyarətinə gedən zəvvarların ardı-arası kəsilmir və bu da görünür, İslam düşmənlərini hərəkətə keçməyə vadar edib. Tarixən imamların kinini qəlblərində saxlayan Yezid xislətli insanlar yenidən Peyğəmbər (s) nəslinin əleyhinə hücuma keçiblər.

Xatırladaq ki, 2006-ci ilin qışında və 2008-ci ilin yayında iki imamın Samirədəki məqbərəsinə terror hücumu təşkil edilib. Təkfirçi radikal sələfilərin təşkil etdiyi bu hücumda məqbərənin gümbəzi tamamilə dağılıb, minarələrinə ciddi ziyan dəyib. Lakin imamsevərlər sədaqətlərini bir daha nümayiş etdirərək məqbərəni əvvəlkindən də möhtəşəm şəkildə təmir ediblər.

Qeyd edək ki, həmin terror aktı bütün İslam ölkələrinin dini və siyasi rəhbərləri tərəfindən pislənilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45525

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47110

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52261

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46372

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46836
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 09:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru