Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
15:38
`Təhqirlərə dözə bilməyib, onları öldürməyə qərar verdim`

Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Prokurorluqdan həmçinin bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir./Apa

***

Sumqayıtda üç dayısını yandıraraq öldürən şəxs həbs edilib. Bu barədə  Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib içdikdən sonra aralarında mübahisə düşüb.

23 yaşlı Ə. Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb. Nəticədə hər üç şəxs tüstüdən boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

***

Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
480

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
266
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 13:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru