Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
12:32
1392
`Rusiya Dağlıq Qarabağ cəbhəsində Avropaya Ukraynadan əlini çək mesajını vermək istəyir`
Natiq Miri: "Ən lokal xarakterli müharibə ermənilər üçün faciə olacaq"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfəri zamanı Qarabağ münaqişəsinin həllinə dair sözün əsl mənasında ağzına gələni danışıb.  O, səfər zamanı bildirib ki, hər iki tərəfi qane edəcək qələbəni təmin etmək lazımdır. Görəsən tərəfləri qane edəcək qələbə nə deməkdir? Əgər bizim torpaqlarımız işğal altındadırsa, bu nə fikirlərdir ki, amerikalı həmsədr səsləndirir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, ABŞ-dan olan həmsədrin son vaxtlar münaqişə ilə bağlı aktivliyi hiss edilir. 

Rusiyadan fərqli olaraq ABŞ həmsədrinin yüksək səviyyədə görüş təşkil etməkdə daha maraqlı görsəndiyini söyləyən Natiq Miri, “bu cür aktivlik ən azından Qarabağ probleminin gündəmdə olmasına gətirib çıxarır ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Lakin açıqlamaların özündə kifayət qədər ciddi problem var və guya münaqişənin həlli üçün hansısa münbit şərait yaranıb. Açığı mən belə bir şəraitin mövcudluğunu hiss eləmirəm“, - deyə bildirdi: 

“Xüsusilə Ermənistanın məsələyə prinsipial yanaşmasında hər hansı bir fərq yoxdur. Ermənistan heç zaman siyasi iradəyə malik olmayıb və bu gün də belədir. Hal-hazırda Sarkisyan hakimiyyəti Rusiyanın bir növ əlavəsi kimi fəaliyyət göstərir. Ermənistanın son məqamda Avropa Birliyi ilə Assosiativ Müqavilədən imtina etməsi və Gömrük İttifaqına üzv olmasına dair razılıq verməsi bir daha sübut etdi ki, Rusiya istənilən zaman Ermənistanda vəziyyəti dəyişə bilər. Bu baxımdan Ermənistanın prinsipial mövqeyinə ciddi yanaşmıram.”

Müsahib onu da bildirdi ki, hal-hazırda Rusiyanın başı Soçi olimpiya oyunlarına və Ukraynadakı siyasi proseslərə qarışıb: “Artıq Ukrayna müxalifəti ölkədə müəyyən nailiyyətlər əldə edib və Rusiyaya yönəlik Yanukoviç hakimiyyəti müəyyən güzəştlərə getmək məcburiyyətində qalıb. Yəni Ukraynada tədricən Rusiyanın əlindən çıxmağa başlayıb. Rusiya heç bir zaman istəməz ki, Cənubi Qafqazdakı təsir imkanları əlindən çıxsın. Ona görə də Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə qətiyyən razı deyil. 10 gündən artıqdır Ermənistan və Azərbaycan ordusu arasında ciddi çatışma yaşanır. Təbii ki, böyük itkilər Ermənistan tərəfindəndir, amma nəzərə alınmalıdır ki, baş verənlərin hamısı rəsmi İrəvanın iradəsindən asılı deyil. Ermənistanı buna təhrik edən Rusiyadır. Çünki Dağlıq Qarabağ cəbhəsində Rusiya Avropaya Ukraynadan əlini çək mesajını vermək istəyir. Ermənistan çox gözəl bilir ki, ən lokal xarakterli müharibə belə onlar üçün faciəvi duruma gətirib çıxara bilər. “ 

Süni probleminin Rusiya tərəfindən yaradıldığını və Soçi olimpiyadasına görə çatışmanın saxlanılması ilə bağlı rəsmi Moskvanın bəyanat verdiyini bildirən politoloq, “ Rusiya bununla bir daha Qarabağ münaqişəsinin həllində özünü ən mühüm güclərdən biri olduğunu sübut etməyə çalışdı. Ona görə də bütün deyilənləri nəzərə alanda ABŞ-lı həmsədrin fikirlərində kifayət qədər ziddiyyətli məqamlar var. Uorolikin nəyə arxalanaraq bu cür bəyanatlar verməsi başa düşülən deyil. Bu yalnız gözdən pərdə asmaq və böyük qarşıdurmaların qarşısını almaq üçün səsləndirilən quru bəyanatdan başqa bir şey deyil”, - deyə politoloq əlavə etdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru