Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
11:41
Nazirliyə sosial yardımla bağlı 400-ə yaxın şikayət daxil olub

FaktXəbər-in verdiyi məlumata görə, son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin 142-«Qaynar xətt»inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşaiyət olunur.

Belə ki, cari ilin yanvar ayında vətəndaşlar tərəfindən 142-«Qaynar xətt»ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib. Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.

Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
391

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
740
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 08:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru