Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
10:24
DQİDK ABŞ-da Azərbaycanın tolerantlıq modelini təqdim etdi

DQİDK-nın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, ABŞ Konqresinin dəvəti və Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı hər il keçirilən Milli dua ziyafətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib. Milli Dua Ziyafəti (National Prayer Breakfast) 62 ildir ki, ABŞ-da prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə keçirilən ən böyük mərasimlərdən biridir. Bu ilki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılıb. Ziyafətdə ABŞ Prezidenti Barak Obama çıxış edib. Qeyd etmək lazımdır ki, Azərbaycandan fərqli  olaraq post-sovet ölkələrinin dövlət rəsmilərindən heç kim tədbirə dəvət olunmayıb.

Elə həmin gün Konqresdə ziyafətlə bağlı təşkil edilmiş post-sovet ölkələrində dövlət-din münasibətlərinə dair seminarda Azərbaycanda mövcud  dövlət-din münsaibətləri və dini tolerantlıq mühiti barədə təqdimat keçirilib. ABŞ Konqresmenləri və müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı təqdimatda Dövlət Komitəsinin təmsilçisi N. Məmmədli bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən “Həyat sözü” xristian dini icmasının sədri Rasim Xəlilov da çıxış edərək dini icmaların fəaliyyəti üçün son illər ərzində Dövlət Komitəsi tərəfindən dialoq mühitinin və dini azadlıqların həyata keçirilməsinin təminatı üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Arizona ştatından konqresmen Trant Franks, Arkanzas ştatından konqresmen Stiv Vomak Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini əyani şəkilədə gördüklərini və bu münasibətlərin digər post-sovet ölkələri üçün model ola biləcəyini vurğulayaraq, ABŞ-ın bu münasibətlərin daha da gücləndirilməsi üçün hansı töhfələr verə biləcəyindən danışmışlar. Qeyd edilib ki, Azərbaycan höküməti tərəfindən dövlət-din münasibətlərinin  və dini tolerantlığın gücləndirilməsinə yönəlmiş siyasət düzgün qiymətləndirilməli və təqdir edilməlidir. Eyni zamanda  bu istiqamətdə müxtəlif dövlətlər və mərkəzlər tərəfindən hazırlanan hesabatlar tərəfli mövqe sərgiləməməli, əksinə, obyektiv reallığı əks etdirməlidir. Məhz bu cür qiymətləndirmə dövlət-din münasibətlərində yeni nailiyyətlərin əldə edilməsi üçün mühüm stimul rolunu oynaya bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
429

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru