Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2014
15:04
414
Qarabağ qaziləri Səhiyyə Nazirliyində olublar

Bu gün “Qarabağ qaziləri”, “Qarabağ əlilləri, Şəhid Ailələri və Veteranları”, “Azərbaycan Vətən Müharibəsi Veteranları” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərləri Etimad Əsədov, Mehdi Mehdiyev, Füzuli Rzaquliyev, Firudin Məmmədov və fəal Qarabağ qazisi Rizvan Vəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olublar.

Onları Səhiyyə nazirinin müavini Elsevər Ağayev və nazirliyin idarə rəisləri qəbul ediblər. Qarabağ qaziləri dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar.

Görüşdə müharibə adamlarının həlli vacib problemləri və onların həlli yolları ətraflı müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələnləri edəcəklərini deyiblər.

Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə insanları ilə bağlı irəliləyiş olacağına inanırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
504

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
90
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru