Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2014
13:58
AB Ukraynaya maliyyə yardımı etməyə hazırdı
Ketrin Eşton prezident Viktor Yanukoviçlə görüşündə bu haqda bəyan edib

FaktXəbər-in verdiyi məlumata görə, Ukraynada  siyasi vəziyyəti sabitləşdirmək  məqsədi ilə   prezident Viktor Yanukoviç Avropa Birliyinin xarici məsələlərə üzrə Avropa Komissiyasının  vitse prezidenti  Ketrin Eşton ilə görüşüb.

Müzakirələr əsas iki mövzu üzərində olub: ölkədə rezonans doğuran son olayların qərəzsiz araşdırılması və Konstitusiya islahatlarının aparılması.

Eşton bəyan edib ki, Konstitusiyanın 2004-cü ilə  qaytarılması sabitliyin bərpasına kömək edə bilər. Bu səbəbdən Avropa Birliyi  Kiyevə məsləhətlər və hüquqi ekspertizalarla yardım edə bilər. İqtisadi köməyə gəlincə isə AB onu da etməyə hazırdır.

Lakin Eştonun sözlərinə görə söhbət borc, ya da birbaşa  maliyyələşdirmədən getmir: «Sizin ölkə üçün heç bir «Marşal» planı yoxdur – Ukraynaya «Ukrayna planı» lazımdır. İqtisadi dəstəyə gəlincə isə  söhbət təkcə AB-dən və külli miqdarda maliyyədən getmir. Bu,  ekspertizaların aparılması, texniki yardım, təqdim edə biləcəyimiz vəsaitlər, beynəlxalq  institusiyanın və AB-yə üzv ölkələrin cəlb edilməsidir. Söhbət  iqtisadi islahatlar  konteksində  ölkənin tələbatını ödəyəcək tədbirlər paketindən gedir».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
136

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
517

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru