Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2014
12:20
3 yaşlı Aişənin sizin yardımınıza ehtiyacı var

Bu gün çox az adam tapılar ki, səhhəti ilə bağlı hansısa bir problemi olmasın. Bəlkə də bir çoxları üçün bu, normal qarşılanacaq. Çünki vaxt keçdikcə, yaşa dolduqca müxtəlif səbəblərdən bir çox xəstəliklərə düçar oluruq.

Lakin sizə haqqında bəhs edəcəyim şəxs heç də yaşlı qadın və yaxud da kişi deyil, dünyanı hələ yeni-yeni dərk etməyə başlayan, bütün həyatı qabaqda olan balaca bir qızcığazdır.

Hacızadə Aişə Ramil qızı 2011-ci il noyabrın 2-də anadan olub. Onun anadan olması ailəsinə böyük sevinc və xoşbəxtlik gətirib. Lakin valideynlərinin bu sevinci çox çəkməyib.

Təxminən 6 ay öncə Aişənin qarnı naməlum səbəbdən şişməyə başlayıb. Həmin gündən ailənin yuxuları ərşə çəkilib. Bakıdakı bir çox tanınmış xəstəxanalara, özəl klinikalara aparsalar da balaca Aişənin xəstəliyinin səbəbini tapa bilməyiblər. Ailə min bir ümidlə getdiyi İrandan da əliboş qayıdıb. Orada da uşağın xəstəliyinə bir əlac tapan olmayıb.

Əlacsız qalan ailə bu il yanvarın 15-də Aişənin qanından və qaraciyərindən nümunəni analiz üçün Türkiyəyə göndərib. Lakin oradan gələn cavab ailəni pərişan edib. Belə ki, analizin təhlillərinə görə, həkimlər Aişəyə qaraciyərin serrozu diaqnozu qoyublar və tez bir zamanda Aişənin qaraciyərinin dəyişdirilməli olduğunu bildiriblər.

Bunun üçünsə 45 min manat tələb olunur. Lakin hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş Semaşka) müalicə olunan Aişənin valideynlərinin bu məbləği ödəmək üçün imkanları yoxdur. Anası işləmir. Ailənin bütün yükünü üzərinə götürən atası isə işlədiyi zavodda astma-bronxit xəstəliyinə tutulur və işdən çıxmalı olur. İndiyə qədər müvafiq iş tapa bilmir. Hal-hazırda işsizdir. Dövlətin verdiyi sosial müavinət və valideyinlərinin pensiyaları hesabına dolanışıqlarını qismən təmin edirlər.

Ailənin bütün ehtiyaclarını yaxın qohumları qarşılamağa başlayırlar. Lakin Aişənin müalicəsi üçün tələb olunan vəsaitə imkanları olmadığından çarəni xeyirxah insanlardan yardım istəməkdə görüblər. Çünki bilirlər ki, hər bir ana, hər bir ata üçün ən böyük dərd övlad acısı, övlad dərdi çəkməkdir. Odur ki, inanırlar ki, xeyirxah insanlar tapılacaq və Aişənin sağalması üçün onlara kömək edəcəklər.

Sizi balaca Aişənin taleyinə biganə qalmamağa və ona imkanınız daxilində yardım etməyə çağırırıq. Allah bütün xeyirxah insanlardan razı olsun. Amin !

Aişəyə yardım etmək üçün bank hesabı:
Kapital Bank ASC 1 saylı Sumqayıt filialı
VÖEN: 9900003611
KOD: 200253
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. : AIIBAZ2X
Hesab: AZ67AIIB38010019442503637125

Atası: Hacıyev Ramil Rauf oğlu, tel: (070) 727 97 44

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
100

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
366

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
230

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
254

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
263

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
463
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 17:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru