Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2014
13:56
Kafelərdə bizə bunları bişirib təqdim edirlər
Dövlət komitəsi "Kaspi" kafesinə qadağalar tətbiq etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakıda (Binəqədi rayonu, Atatürk küçəsi, ev 64) fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus “Kaspi” kafesində dövlət nəzarəti tədbirləri aparıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə qoyulub, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur.

İstifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşpazın təhsilini təsdiq edən sənədin olmadığı, aşpazın müvafiq geyimlə təmin olunmadığı aşkar edilib.

Mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək laboratoriyaya təqdim edilib, mənşəyi məlum olmayan hər biri 3 kilo olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan edilib, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı yasaqlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
95

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru