Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
19:44
1330
Nazir Qarabağ qaziləri ilə görüşdü

Müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Vətən Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədovu, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədovu və birliyin üzvləri Rey Kərimoğlunu, Rizvan Vəliyevi və Yaşar Həziyevi qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S. Müslümov son vaxtlar dövlət başçısının tapşırığı əsasında əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Nazir tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin aparıldığını deyib.

E. Əsədov görüş iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. S. Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Görüş iştirakçıları bu təbəqədən olan insanların həyatda rastlaşdıqları problemlərin həllinin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid olmadığını bildirərək, həmin problemlərin kompleks şəkildə həlli ilə məşğul olmaq üçün nazirliyin yanında ayrı-ayrı dövlət qurumlarının təmsil olunduğu komissiyanın yaradılması təklifini irəli sürüblər. Təklif müsbət dəyərləndirilib və reallaşdırılması üçün müvafiq addımların atılacağı bildirilib.

Görüş iştirakçıları qaldırılan məsələlərin həllinə diqqət və qayğı ilə yanaşılmasından razılıqlarını ifadə ediblər. Qeyd edək ki, bu görüş son üç ayda nazir Səlim Müslümovun ictimai birliklərlə keçirdiyi 8-ci görüşdür./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
611

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru