Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
15:46
Xəstəni xəstəxanaya Təcili Yardım maşını deyil, FHN xilasetmə qüvvələri çatdırıb

Qışın 1 aydır girməsinə baxmayaraq, havalar anomal isti keçirdi. Bu da ölkədə viruslu xəstəliklərin geniş yayılmasına səbəb oldu. Eyni zamanda kənd təsərrüfatı ilə məşğul olanlar da  çox narahat idi, çünki havanın mülayim keçməsi səbəbi ilə əkin sahələrində olan zərərli həşəratlar ölmürdü.

Nəhayət təqribən 1 həftə öncədən Bakıya güclü qar yağacağı barədə xəbərdarlıqlar edilməyə başladı. Bu, Türkiyədə və Rusiyada soyuq hava axının gəlişi ilə əlaqələndirilirdi. Dövlət orqanları, hətta metropoliten də bunun üçün hazır olduqları barədə bəyanatlar yaydı.

Lakin belə deyilmiş. Dünən qarın yağmasının hələ ilk günündə problemlər ortaya çıxdı. Qarın yağması istər Rusiyadan Bakıya gələn, istərsə də Şamaxı istiqamətində yolların buz bağlamasına və yol qəzaları ilə nəticələnməsinə gətirib çıxartdı.

Hələ bu harasıdır? FaktXəbər-in verdiyi məlumata görə, Abşeron rayonunda 1 nəfər qadın fərdi yaşayış evində dəm qazından zəhərlənməsi ilə əlaqədar yaxınları tərəfindən Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Lakin yolların qarlı və sürüşkən olması ilə əlaqədar TTY Stansiyasının həkimləri çağırışına gedə bilməyiblər. Bu səbəbdən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunui.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 1 saylı klinik xəstəxanaya çatdıraraq adiyyəti üzrə təhvil veriblər.

Bəli, Bakı qara yaxşı hazırlaşıbmış.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
440

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru